Astronavt Andre Kuipers İstanbuldakı NASA kosmos sərgisini gəzəcək

"HUPALUPAEXPO" tərəfindən Türkiyəyə gətirilən, 12 ölkədə 4 milyon ziyarətçinin gəzdiyi NASA Kosmos Sərgisi Avropa Kosmik Agentliyindən (ESA) astronavt Andre Kuipersi qonaq edəcək.

1756698
Astronavt Andre Kuipers İstanbuldakı NASA kosmos sərgisini gəzəcək

"HUPALUPAEXPO" tərəfindən Türkiyəyə gətirilən, 12 ölkədə 4 milyon ziyarətçinin gəzdiyi NASA Kosmos Sərgisi Avropa Kosmik Agentliyindən (ESA) astronavt Andre Kuipersi qonaq edəcək.

"HUPALUPAEXPO"-nun bəyanatına görə, Kuipers Metropol İstanbulda 2 min 300 kvadratmetr sahədə qurulan NASA Kosmik Sərgisi çərçivəsində yanvarın 12-də İstanbula gələcək.

Sərgidə Kuipers beynəlxalq insanlı kosmik uçuşun pərdəarxası təcrübələrini bölüşəcək və kosmosdan dünyanın davamlılığı perspektivini izah edəcək. Kuipers 12-13 yanvar tarixlərində "DasDas"da kosmos həvəskarlarına müsahibə verəcək.

Əsas peşəsi həkim olan hollandiyalı Kuipers Delta missiyası zamanı 11 gün və "PromISSe" missiyası zamanı 193 gün olmaqla, ümumilikdə 204 gün kosmosda olub və Avropa tarixində ən uzun kosmos uçuşunu həyata keçirib.

Hyuston, Moskva, Köln, Monreal və Tokioda illərlə təlim keçdikdən sonra Kuipers 21 dekabr 2011-ci ildə Qazaxıstandan Rusiya və Amerika olmaqla 2 ekipajla Rusiyanın Soyuz kosmik gəmisi ilə orbitə buraxılıb. 2 gün sonra 6 ay yaşamaq və işləmək üçünBeynəlxalq Kosmik Stansiyaya (BKS) gələn Kuipers 1 iyul 2012-ci ildə Yerə qayıdıb.

Fevralın sonuna qədər açıq olacaq NASA Kosmik Sərgisi NASA-nın 50 illik kosmos araşdırmalarını və təcrübələrini, 200 canlı ölçülü və tarixi əhəmiyyətli kolleksiyaları, ziyarətçilərin toxuna biləcəyi real Ay daşını, Saturn V daxil olmaqla raketlərin nüsxələri və tam ölçülü kosmik gəmi modelləri, astronavtların geyindiyi geyimlər, astronavt menyuları və missiyalarda istifadə olunan avadanlıqlar, həmçinin Apollon kapsulunun, Sputnik 1 peykinin və ISS-nin maketləri nümayiş etdirilir.



Әlaqәli Xәbәrlәr