"Bayraktar TB2"-nin yeni rekordu

Türkiyənin ilk milli və xüsusi SİHA-sı (silahlı pilotsuz uçuş aparatı) olan "Bayraktar TB2" 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyənin aviasiya tarixində yeni rekorda imza atıb.

1739382
"Bayraktar TB2"-nin yeni rekordu

Türkiyənin ilk milli və xüsusi SİHA-sı (silahlı pilotsuz uçuş aparatı) olan "Bayraktar TB2" 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyənin aviasiya tarixində yeni rekorda imza atıb.

"Baykar" şirkətinin verdiyi açıqlamaya görə, "Bayraktar TB2" daha bir mühüm mərhələni geridə qoyub.

"Bayraktar TB2 SİHA Sistemi" Türkiyənin aviasiya tarixində ilkərə imza atarkən, 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb və səmada ən uzun xidmət göstərən uçuş aparatı olmuşdur.

"Baykar" şirkəti tərəfindən hazırlanan, texniki xüsusiyyətləri və iştirak etdiyi əməliyyatlar baxımından öz sinfinin ən yaxşısı olan milli SİHA "Bayraktar TB2" 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına daxil olub.

2015-ci ildə silahlandırılan pilotsuz uçuş aparatı hazırda Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən operativ şəkildə istifadə olunur.

"Bayraktar TB2" SİHA 2014-cü ildən bu yana təhlükəsizlik qüvvələri tərəfindən daxildə və xaricdə terrorla mübarizədə aktiv fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr