“Covid-19” peyvəndi ildə 1 dəfə edilməlidir”, U.Şahin

"Bild am Sonntag" qəzetinə verdiyi müsahibədə alim deyib...

1736629
“Covid-19” peyvəndi ildə 1 dəfə edilməlidir”, U.Şahin

 

  “BioNTech”in qurucularından olan professor Uğur Şahin yeni tip koronavirus (Covid-19) peyvəndinin qrip peyvəndi kimi ildə 1 dəfə edilməsinin lazımlı qoruyuculuğu təmin edəcəyini söylədi.

  "Bild am Sonntag" qəzetinə verdiyi müsahibədə alim deyib: “Bu günlərdə başlanan üçüncü peyvənd “Covid-19”a qarşı azalmaqda olan qoruyuculuğu yenidən yüksəldəcək və bu qoruma edilmiş cüt peyvənddən daha uzunmüddətli təsirli olacaq.

  “Covid-19” peyvəndi qrip peyvəndində olduğu kimi, ildə 1 dəfə edilsə, kafidir.

  “BioNTech” tərəfindən inkişaf etdirilən “Covid-19” peyvəndinin qoruyuculuğu peyvənd vurulduqdan 4 ay sonra azalmaya başlayır. Amma araşdırmaların nəticələrinə görə, peyvənd xəstəliyi ağır şəkildə keçirməyə qarşı 9 ay təsirlidir.

  "Booster” (xatırlatma) peyvəndi isə həm peyvənd edilən adamı xəstəlikdən çox yaxşı qoruyur, həm də yeni yoluxmaya mane olur".



Әlaqәli Xәbәrlәr