Türkiyənin yerli proqramı intihal.net xaricdə də seçilir

ATF İdarə Heyətinin Baş direktoru (CEO) Əli Sacihan verdiyi məlumatda bildirib...

1736157
Türkiyənin yerli proqramı intihal.net xaricdə də seçilir

 

  Plagiat (intihal) təsbiti və hesabatlama üçün Türkiyənin yerli kompüter proqramı intihal.net xaricdə də seçilir.

  ATF İdarə Heyətinin Baş direktoru (CEO) Əli Sacihan verdiyi məlumatda bildirib: “Müəllif haqları pozuntuları yayıldığından paylaşılanların xüsusiliyinə nəzarət edə bilmək qlobal ölçüdə əhəmiyyətlidir.

  Sənədlərin xüsusiliyinə nəzarət edib plagiatları tapmaq üçün bəzi proqramlardan istifadə olunur.

  Türkiyənin kompüter və proqram mühəndisləri tərəfindən hazırlanan intihal.net proqramı rəqiblərini geridə buraxacaq xüsusiyyətləriylə dünya arenasında iştirak edir."

  Qeyd edək ki, sənəd üzərində köçürmələrin təsbiti və işarələnməsini təmin edən proqram Avropa və Asiya qitəsində 220 universitetdən 150 mindən çox istifadəçiyə təşkilati abunəliklə xidmət göstərir.

  Proqram Amerika qitəsində də ali təhsil məktəbləri tərəfindən istifadə edilməyə başlanılıb. Belə ki, Türkiyə və Avropada bir çox mühüm təşkilatdan sonra Amerika Birləşmiş Ştatlarının qabaqcıl universitetləri Yel (Yale) və Lourens (Lawrence) ilə də müqavilə bağlanılıb.



Әlaqәli Xәbәrlәr