Dünya üzrə gənc yaşda həyatını itirənlər

Araşdırmada o da qeyd edilir ki, qlobal ölçüdə gənc qadınların həyat şərtlərini yaxşılaşdırmağa yönəlik proqramlar da oğlanları kənarda saxlayır

1727770
Dünya üzrə gənc yaşda həyatını itirənlər

 

  Dünya üzrə 2019-cu ildə gənc yaşda həyatını itirənlərin təxminən üçdə ikisi kişilərdir.

  Tanınan elmi tibb jurnalı “Lancet”də çıxan araşdırmada zorakılıq, şiddət, narkotik maddə istifadəsi və qəzalardan 10-24 yaş aralığındakı gənc ölümlərin təxminən üçdə ikisi, yəni 61 faizi oğlanlardır.  

  Kollec (College) London Universiteti Uşaq Sağlamlığı İnstitutunun tədqiqatçı alimi Cozef Uard (Joseph Ward) kişi cinsində yüksək nisbətdə görünən gənc ölümlərin əsasən şiddət, qəza və narkotik maddə istifadəsindən olduğu və bu ölüm səbəblərilə mübarizənin uğursuzluq alındığını nəzərə çatdırıb.

  Kişilərin erkən yaşda ölüm səbəbləri yaşa və bölgələrə görə dəyişir.

  10-14 yaşlardakı oğlanların ölümlərinin çoxu qəzalardan qaynaqlanır.

  Latın Amerikası və Karib sahillərində gənc oğlanların ölüm nisbəti qızlardan üç dəfə çoxdur.

  Son 20 ildə nisbətlərdə hər hansı bir azalma olmayıb.

  Bölgələrdə gənc ölümlərin ən böyük səbəbi şiddət və qarşıdurma olaraq göstərilir.

  Cənubi Asiya və Səhraaltı Afrikada çirkli su və keyfiyyətsiz qida qəbulundan ortaya çıxan xəstəliklər gənc ölümlərə səbəb sayılır.

  Araşdırmada o da qeyd edilir ki, qlobal ölçüdə gənc qadınların həyat şərtlərini yaxşılaşdırmağa yönəlik proqramlar da oğlanları kənarda saxlayır.



Әlaqәli Xәbәrlәr