Rusiya insansız kosmik yük gəmisini fəzaya göndərdi

Qazaxıstanda yerləşən Baykonur Kosmik Bazasından Türkiyə saatı ilə (TSİ) ilə sübh 03.00-da uçan gəmi Rusiya Federal Kosmos Agentliyinin (ROSCOSMOS) rəsmi saytında canlı yayımlanıb

1726289
Rusiya insansız kosmik yük gəmisini fəzaya göndərdi

 

  Rusiyanın “Progress MS-18” insansız kosmik yük gəmisi Baykonur Kosmos Bazasından Beynəlxalq Kosmik Stansiyaya (UUİ) uçurulub.

  Qazaxıstanda yerləşən Baykonur Kosmik Bazasından Türkiyə saatı ilə (TSİ) ilə sübh 03.00-da uçan gəmi Rusiya Federal Kosmos Agentliyinin (ROSCOSMOS) rəsmi saytında canlı yayımlanıb.

  560 kiloqram yanacaq, 420 litr içməli su və 1490 kiloqramlıq texniki vəsait daşıyan “Progress MS-18” yük gəmisinin Beynəlxalq Kosmik Stansiyasına 30 oktyabrda TSİ ilə 04.34-də çatması gözlənilir.

  Xatırladaq ki, Beynəlxalq Kosmik Stansiyası ROSCOSMOS, Amerika Aeronavtika və Kosmos Agentliyi - NASA, Avropa Kosmos Agentliyi (ESA), Kanada Kosmos Agentliyi (CSA) və Yaponiya Kosmos Araşdırma Agentliyinin (JAXA) birgə əməkdaşlığı ilə qurulub.



Әlaqәli Xәbәrlәr