Türkiyə Kosmik Agentliyi Beynəlxalq Astronavtlar Federasiyasının üzvü olub

Türkiyə Kosmik Agentliyinin (TUA) Beynəlxalq Astronavtlar Federasiyasına (IAF) rəsmi üzvlüyü qeydə alınıb.

1725037
Türkiyə Kosmik Agentliyi Beynəlxalq Astronavtlar Federasiyasının üzvü olub

Türkiyə Kosmik Agentliyinin (TUA) Beynəlxalq Astronavtlar Federasiyasına (IAF) rəsmi üzvlüyü qeydə alınıb.
Türkiyə Kosmik Agentliyinin (TUA) "Twitter" hesabında IAF üzvlüyü ilə bağlı açıqlama verilib.

Açıqlamada TUA-nın 71 ölkədən 407-dən çox üzvü olan ən böyük kosmik quruluşa rəsmi üzvlüyünün IAF Baş Assambleyasında qeydə alındığı bildirilib.

"Kosmos sahəsində aparılan beynəlxalq araşdırmalarda söz sahibi olan bir Türkiyə üçün bütün gücümüzlə çalışmaqda davam edəcəyik” ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr