Türkiyə Aİ-nin “Covid-19” Peyvənd Sertifikatı Sisteminə daxil edildi

Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) internet saytında yayılan məlumatda bildirilir...

1699825
Türkiyə Aİ-nin “Covid-19” Peyvənd Sertifikatı Sisteminə daxil edildi

 

  Türkiyə Avropa İttifaqının (Aİ) Rəqəmsal Koronavirus (Covid-19) Peyvənd Sertifikatı Sisteminə daxil edildi.

  Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) internet saytında yayılan məlumatda ölkənin Avropa İttifaqının Rəqəmsal “Covid-19” Sertifikat Sisteminə daxil edildiyi bildirilərək mövzu ilə bağlı qərarın 20 avqustda Aİ rəsmi qəzetində yazıldığı qeyd olunub.

  Türkiyənin Xarici İşlər Nazirliyin tərəfindən edilən şərhdə bildirilib: “Türkiyə Aİ-nin Rəqəmsal “Covid-19” Peyvənd Sertifikatı Sisteminə daxil edilib. Ölkəmiz tərəfindən tənzim olunan peyvənd sertifikatlarına ekvivalentlik verilməsinə dair kafilik qərarı (Adequacy Decision) 19 avqustda Aİ Komissiyası tərəfindən qəbul olunub, 21 avqustda itifaqın rəsmi qəzetində yayınlanıb."



Әlaqәli Xәbәrlәr