“Pfizer-BioNTech” peyvəndinə “Tam təsdiq” verildi

FDA avqustun 23-də sözügedən peyvəndə “Tam təsdiq” verildiyini açıqladı və...

1695977
“Pfizer-BioNTech” peyvəndinə “Tam təsdiq” verildi

 

  Amerika Birləşmiş Ştatlarının Qida və Dərman İdarəsi (FDA) “Pfizer-BioNTech” yeni tip koronavirus (Covid-19) peyvəndinə tam istifadə təsdiqi verdi.

  “Pfizer-BioNTech” “Covid-19” peyvəndi 2020-ci ilin dekabr ayında “Təcili istifadə təsdiqi” alaraq ABŞ-da bu zamana qədər 204 milyondan çox adama vurulub.

  FDA avqustun 23-də sözügedən peyvəndə “Tam təsdiq” verildiyini açıqladı və etdiyi şərhdə bu addımın peyvəndə olan etibarı artıra biləcəyinə diqqət çəkdi.

  Qeyd edək ki, ABŞ-da ümumi əhalinin təxminən 51 faizi tam peyvənd dozalarını alıb.



Әlaqәli Xәbәrlәr