Almazdan sərt ən möhkəm şüşə icad edildi

Yeni ixtira almazla müqayisə edilir

1688899
Almazdan sərt ən möhkəm şüşə icad edildi

 

  Çin alimləri molekul sırasını əldə etmək üçün fullerenləri əzib, bir araya gətirib, 1200 santiqrat dərəcə istilik və təzyiq tətbiq edib.

  Fövqəladə mexaniki və elektronik xüsusiyyətlərə malik olduğu bildirilən bu şüşəyə AM-III adı verilib.

  Yeni ixtira almazla müqayisə edilir.

  Aparılan analizə görə, şüşənin sərtliyi 113 qiqapaskala çatır, almaz isə eyni testdə ümumiyyətlə, 50-70 aralığında nəticələr göstərib.

  Almazdan daha sərt olan yeni şüşə günəş batareyaları daxil olmaqla, müxtəlif sahələrdə istifadə edilə biləcək.



Әlaqәli Xәbәrlәr