Təsdiq edilən peyvəndlər hansı risklərə qarşı qoruyur?

Avropa İttifaqı dərman təşkilatçısı Avropa Dərman Agentliyi (EMA) və Avropa Xəstəliklərə Qarşı Tədbir və İdarəetmə Mərkəzi (ECDC) təsdiq etdikləri peyvəndlərlə bağlı ortaq şərh paylaşıb...

1685713
Təsdiq edilən peyvəndlər hansı risklərə qarşı qoruyur?

 

  Avropa İttifaqı dərman təşkilatçısı Avropa Dərman Agentliyi (EMA) və Avropa Xəstəliklərə Qarşı Tədbir və İdarəetmə Mərkəzi (ECDC) təsdiq etdikləri peyvəndlərin “Delta” daxil olmaqla yeni tip koronavirusun (Covid-19) bütün növlərinə, ciddi xəstəlik və ölüm riskinə qarşı qoruduğunu bildirib.

  Ortaq şərhdə yazılır ki, ən yüksək qoruma son dozanın üzərindən 7-14 gün keçdikdən sonra təmin edilir: “Peyvənd həm də xəstəliyi ciddi keçirmə və xəstəxanaya yatma riski yüksək olanları qorumaq, virusun yayılmasını azaltmaq və narahatedici yeni xəstəliklərin meydana gəlməsinin qarşısını almaq baxımından əhəmiyyətlidir.

  Təsdiq etdiyimiz peyvəndlərin təsiri çox yüksəkdir. Ancaq bu, heç bir vaksinin 100 faizlik təminatçı olduğu mənasına gəlmir.”

  Avropa Dərman Agentliyi və Avropa Xəstəliklərə Qarşı Tədbir və İdarəetmə Mərkəzinin (ECDC) ortaq şərhində EMA klinik işlər və istehsal üzrə məsul şəxs Ferqus Suininin (Fergus Sweeney) bu fikirlərinə də yer verilib: "Peyvəndli kəslərin xəstəliyə tutulması peyvəndlərin işə yaramadığını göstərmir. Vaksin vurulanlar “Covid-19”u ağır keçirənlərə görə daha yaxşı qorunur. Hamımız ilk fürsətdə tam peyvənd olmaq üçün səy göstərməliyik."

  Qeyd edək ki, 15 iyulda bənzər şərh verən Avropa Dərman Agentliyi bu zamana qədər Aİ ölkələrində “BioNTech-Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson” firmaları tərəfindən istehsal edilən peyvəndlərin istifadəsinə icazə verib, “Sinovac”, “Curevac”, “Novavax”, “Sputnik V” və “Sanofi Pasteur” vaksinlərinin isə dəyərləndirməsi davam edir.



Әlaqәli Xәbәrlәr