Tam peyvənd olunan insanların bir faizdən azının virusa yoluxduğu məlum olub

Yeni növ koronavirus (Covid-19) əleyhinə tam peyvənd olunan insanların bir faizdən azının virusa yoluxduğu məlum olub.

1684439
Tam peyvənd olunan insanların bir faizdən azının virusa yoluxduğu məlum olub

Yeni növ koronavirus (Covid-19) əleyhinə tam peyvənd olunan insanların bir faizdən azının virusa yoluxduğu məlum olub.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına əsaslanaraq Kaiser Ailə Vəqfinin apardığı araşdırmaya görə, "Covid-19" yoluxmalarının 90 faizdən çoxu və xəstəxanaya qəbul və ölüm hallarının 95 faiz peyvənd olunmayan insanlarda görülüb.

"Covid-19" əlayhinə vaksin vurduranların sadəcə 0,004 faizdən azı virus səbəbiylə xəstəxanaya müraciət edərkən, 0,001 faizdən azı isə virus səbəbiylə ölub.

Peyvənd olunan insanların nadir hallarda virusa yoluxduğuna və bu nisbətin peyvəndlənən insanlarda bir faizdən az olduğuna diqqət çəkilən araşdırmada peyvənd edilən 163 milyondan çox insandan təxminən 6.600 nəfərdə "Covid-19" aşkarlandığı bildirilib.

Hindistanda görülən "Delta" variantının ABŞ-da müşahidə olunmağa başlaması ilə ölkədə yoluxma və ölümlərin sayında artım olub.

Cons Hopkins Universitetinin (Johns Hopkins University) məlumatlarına görə, ABŞ-da yeni yoluxma hallarının təxminən yarısı Florida, Texas, Kaliforniya, Luiziana və Missouri ştatlarında qeydə alınıb.

Virus sayının artdığı bu ştatlarda Kaliforniya istisna olmaqla, əhalinin yarısından azı "Covid-19" əleyhinə vaksin vurdurub.



Әlaqәli Xәbәrlәr