Təhlükə: bir gündə 8,5 milyard ton buzlaq əriyərək okeana qarışdı

Danimarkanın açıqladığı məlumata görə....

1683612
Təhlükə: bir gündə 8,5 milyard ton buzlaq əriyərək okeana qarışdı

 

  Bir gündə 8,5 milyard ton buzlaq əriyərək okeana qarışdı.

  İqlim dəyişikliyi buzlaqları da yavaş yavaş yox edir.

  Danimarkanın açıqladığı məlumata görə, Qrenlandiyada (Grönland) təkcə 1 gündə 8,5 milyard ton buz suya çevrilib. Əriyən buzlaq Amerika Birləşmiş Ştatlarının Florida əyalətini 5 santimetr yüksəkliyində suyla örtəcək qədər böyük həcmə malikdir.

  Qrenlandiyanın şərqində isə bütün zamanların ən yüksək istiliyi qeydə alınıb: cənubdan gələn isti hava dalğasının təsiriylə termometrlər 19,8 selsi dərəcəni göstərib.

  İyun ayından bu yana Qrenlandiyada 100 milyard tondan çox buz kütləsinin əriməsi və okean sularına qarışması dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.

  2019-cu ildəki bir elmi araşdırmaya görə, Qrenlandiyadakı buzlaq əriməsi əsrin sonuna qədər dəniz səviyyəsinin 5-33 santimetr arası yüksəlməsinə səbəb ola bilər.



Әlaqәli Xәbәrlәr