İngiltərədə peyvəndlənmə təxminən 60 min insanın ölümünün qarşısını alıb

İngiltərədə yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndlərin 22 milyon "Covid-19" yoluxma faktı və 60 min insanın ölümünün qarşısını aldığı təxmin edilir.

1682808

İngiltərə Xalq Sağlamlığı Agentliyinin yaydığı hesabata görə, hesablamalar "Covid -19" əleyhinə peyvəndləmə proqramı nəticəsində 60 min ölümün və 22 milyon 57 yoluxmanın qarşısının alındığını ortaya qoyub.

Bundan əlavə, peyvəndlərin 52 min 600-dən çox adamın xəstəxanaya yerləşdirilməsinin birbaşa qarşısını aldığı düşünülür.

İngiltərə Sağlamlıq İdarəsinin müdir müavini, professor Jonathan Van-Tam hesabatla əlaqədar verdiyi açıqlamada bunun həqiqətən böyük bir uğur olduğunu söyləyib.

Peyvəndlənmə proqramının 8 dekabr 2020-ci ildə başladığı ölkədə "Covid-19" peyvəndinin ilk dozasını vurduranların sayı 46 milyon 733 min 115-ə çatıb, bunlardan 37 milyon 782 min 252-si ikinci dozanı qəbul edib.
İngiltərədə dünən (29 iyul 2021) virus səbəbiylə 85 ölüm və 31 min 117 yeni yoluxma qeydə alınıb.

Әlaqәli Xәbәrlәr