Mercedes-Benz elektrikli avtomobil istehsalını artırır

Almaniya mərkəzli avtomobil nəhəngi Mercedes-Benz 2025-ci ildə istehsal edəcək avtomobillirin 50%-nin, 2030-cu ildə isə hamısının elektrikli olacağını  bildirib.

1681547
Mercedes-Benz elektrikli avtomobil istehsalını artırır

Şikətin rəhbərliyindən yayılan açıqlamada: “Çıxış nöqtəsi yaxınlaşır. On ilin sonunda bazarlarda yalnız elektriklə işləyən avtomobillər olacaq. Bu addım kapitalın  yenidən bölüşdürülməsinə işarədir”. Rəhbərlik həmçinin bildirib ki, 2022-2030-cu illərdə akkumulyatorlu elektrikli avtomobillərə qoyulan ümumi investisiyalar 40 milyard avronu ötəcək.

Qeyd edək ki, Avropada elektrikli avtomobillərin payı böyük ölçüdə tənzimləmə və dövlətin təşviqləri sayəsində artır. Keçən il elektrikli avtomobillər Avropa bazarının 10,5%-ni təşkil etdi.



Әlaqәli Xәbәrlәr