İnternet sürətində yeni rekord

Yaponiya İnformasiya və Rabitə Texnologiyaları Milli İnstitutu (NİCT) verdiyi şərhində yeni internet sürət rekordu ilə bağlı məlumat yayıb

1675949
İnternet sürətində yeni rekord

 

  Yaponiyada saniyədə 319 terabit məlumat ötürülməsilə dünya internet sürətində yeni rekord qırıldı.

  Yaponiya İnformasiya və Rabitə Texnologiyaları Milli İnstitutu (NİCT) verdiyi şərhində yeni internet sürət rekordu ilə bağlı məlumat yayıb.

  NİCT mühəndisləri saniyədə 319 terabitlə dünyanın yeni ən sürətli internet rekordunu qırıb. Yeni rekorda erbiyum və tulyum elementləriylə gücləndirilmiş lif yüksəldicilərin mənimsənməsiylə çatılıb.

  3 min kilometr uzunluğunda döşənilən lif kabellərlə gələn internet sürətinin bu gün istifadə edilən kabel infrastrukturuyla da mümkünlüyü bildirilib.

  Yeni rekord 2020-ci ilki 178 terabiti 2 qat, 2019-cu ilki 44,2 terabiti isə təxminən 7 qat ötüb.



Әlaqәli Xәbәrlәr