Türkiyədəki üçüncü mərhələ tədqiqatların nəticələri "The Lancet" tibbi jurnalda dərc olunub

Türkiyədə aparılan "CoronaVac" peyvəndinin üçüncü mərhələ tədqiqatlarının nəticələri "The Lancet" tibbi jurnalda dərc olunub.

1672664
Türkiyədəki üçüncü mərhələ tədqiqatların nəticələri "The Lancet" tibbi jurnalda dərc olunub

Çinin "Sinovac" şirkəti tərəfindən koronavirus əleyhinə hazırlanan "CoronaVac" peyvəndinin Türkiyədə həyata keçirilən üçüncü mərhələ fəaliyyətlərindən əldə edilən nəticələr vaksinin iki  dozasının "Covid-19" infeksiyasına qarşı 83,5 faiz qoruma təmin etdiyini göstərib.

Türkiyədə aparılan "CoronaVac" peyvəndinin üçüncü mərhələ tədqiqatlarının nəticələri "The Lancet" tibbi jurnalda dərc olunub. 

"The Lancet" in mətbuat xidmətinin məlumatına görə, Çində hazırlanan "Covid-19" peyvəndi "CoronaVac"ın Türkiyədə aparılan üçüncü mərhələdən əldə edilən ilk növbədəki məlumatları vaksinin iki dozasının "Covid-19" infeksiyasına qarşı % 83,5 qoruma təmin etdiyini göstərmişdir. 

İlkin məlumatlarda "CoronaVac"ın "güclü bir antitel reaksiyası"na səbəb olduğu ifadə edilib. 

Türkiyədəki araşdırmaya daxil olan 10 mindən çox iştirakçı arasında ciddi bir yan təsir və ya ölüm faktı aşkarlanmadığı, əksər yan təsirlərin yüngül olduğu və infeksiyadan sonra 7 gün ərzində müşahidə olunduğu vurğulanıb. 

Məqalədə peyvəndin yeni ortaya çıxan və narahatlıq doğuran variantlara qarşı uzunmüddətli effektivliyinin daha fərqli iştirakçılar qrupunda yoxlanılmasının vacibliyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr