“Türkiyə 5-G ilə bağlı növbəti mərhələni geridə qoydu”, A.Karaismailoğlu

Türkiyənin rabitə və infrastruktur naziri Adil Karaismailoğlu yerli və milli olaraq inkişaf etdirilən 5-G infrastrukturu üzərindən ilk mobil telefon danışığını reallaşdırdı

1663541
“Türkiyə 5-G ilə bağlı növbəti mərhələni geridə qoydu”, A.Karaismailoğlu
Adil Karaismailoğlu_5 G.jpg

 

  Türkiyənin rabitə və infrastruktur naziri Adil Karaismailoğlu yerli və milli olaraq inkişaf etdirilən 5-G infrastrukturu üzərindən ilk mobil telefon danışığını reallaşdırdı.

  5-G yerli məhsulların təqdimatının ediləcəyi Ucdan Uca Yerli və Milli 5-G Layihəsi VII İcra Təşkilatı və Birinci Mərhələnin Bağlanış Mərasimində (Uçtan Uca Yerli ve Milli 5G Projesi 7. Yürütme Kurulu ve Birinci Fazının Kapanış Toplantısı) etdiyi çıxışında nazir sözügedən mövzu ilə bağlı deyib: “5G-yə xüsusi rəhbərlik, xidmət və operator proqram məhsullarının inkişaf etdirilməsi müddətində əhəmiyyətli bir mərhələni geridə qoyduq.

  Rabitə və xəbərləşmə sektorları ictimai və iqtisadi həyatın mərkəzindədir. Bu iki sektordakı dəyişmə bütün sahələrə təsir edir, yeni iş, yeni həyat modellərinin ortaya çıxmasına səbəb olur.

  Türkiyə milli iqtisadi müstəqillik yolunda son 19 ildə çox mühüm addımlar atıb. Texnologiya sahəsində də bu yanaşmanın nəticələrini görürük. Biz də Rabitə və İnfrastruktur Nazirliyi kimi bütün rabitə sistemlərimizdə olduğu kimi, informasiya və xəbərləşmə sahəsində də yerli və milli tərəflərə əhəmiyyət veririk.   

  Vətəndaşların həyat standartını yüksəldəcək əhəmiyyətli layihələr imzalamışıq. Bunların arasında 5-G həyatımıza qazandıracağı müdhiş sürət baxımından ön plana çıxır.

  2020-ci ilin sonundan etibarən dünyada 7 milyarddan çox mobil telefon abunəliyi var. Mobil internet abunəliyi isə dünya əhalisinin 75 faizini keçir. Türkiyədə 2025-ci ilə qədər qlobal əlaqələrin 20 faizinin 5-G texnologiyalarından ibarət olmasını nəzərdə tuturuq.”

  Türkiyənin rabitə və infrastruktur naziri Adil Karaismailoğlu çıxışından sonra 5-G cib telefonuyla yerli və milli olaraq inkişaf etdirilən 5-G infrastrukturu üzərindən ilk danışığını reallaşdırdı.



Әlaqәli Xәbәrlәr