Türkiyənin müdafiə sənayesi gəmi əleyhinə raket “Atmaca” ilə daha güclüdür

Türkiyənin müdafiə sənayesi Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını yerli və milli məhsullarla ödəmək yolunda gəmi əleyhinə raketi “Atmaca” ilə daha bir mühüm addım atdı.

1661139

"Atmaca" raketi Türkiyənin xaricə olan asılılığını azaltmaq, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarını ödəmək və milli qaynaqlarla caydırıcı bir silah hazırlamaq məqsədi ilə istehsal edilmişdir.

Kağız üzərində 220 kilometr məsafəyə sahib olan "Atmaca" atış sınaqlarında 250 kilometrə çata bildiyini sübut etmişdir. 
"Atmaca" ilə bu günə qədər 20-dən çox atış edildi və 2016-cı ilin noyabr ayından bəri aparılan testlərdə də davamlı inkişaf təmin edildi.

"Atmaca"nın seriyalı istehsal müqaviləsi 29 oktyabr 2018 tarixində imzalanıb.

Seriyalı istehsal xəttindən buraxılan 1 nömrəli raketin istifadə olunduğu sınaqla istehsal xətti də uyğunlaşdırıldı.

"ROKETSAN" 2021-ci ildə seriyalı istehsaldan buraxılan "Atmaca" raketlərini "MİLGEM"lər başda olmaqla Türkiyə Hərbi Dəniz Qüvvələrinin  inventarındakı gəmilərədaxil ediləcəkdir.

Әlaqәli Xәbәrlәr