Mustafa Varanka yerli peyvənd namizədinin ikinci dozası tətbiq edildi

Sənaye və texnologiya naziri Mustafa Varanka yeni növ koronavirusa (Covid-19) qarşı yerli imkanlarla hazırlanan virusa bənzər hissəciklərə əsaslanan peyvənd namizədinin (VLP) ikinci dozası tətbiq edildi.

1636390

Varank ikinci dozasını TÜBİTAK-ın (Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası) sədri Həsən Mandalla birlikdə Ankara Onkoloji xəstəxanasında qəbul edib.

Varank peyvənddən sonra verdiyi açıqlamada TÜBİTAK "Covid-19" Türkiyə Platforması çətiri altında hazırlanmış VLP peyvəndinin 1-ci mərhələs, yəni insanlar üzərindəki sınaqlarına başladığını xatırladıb.

Həsən Mandal ilə peyvənd sınaqlarının 38 könüllü arasında olduqlarını ifadə edən Varank ikinci mərhələ fəaliyyətlərinin 360 könüllü ilə aparılacağını bildirib.

Varank xüsusilə birinci mərhələ fəaliyyətlərinin peyvəndin təhlükəsizliyini və immunitetlə əlaqədar testlər üçün aparıldığını vurğulayaraq, bundan sonrakı proseslərin daha çox peyvəndin təsirilə bağlı olacağını ifadə edib.

Vaksin uğurlu alınacağı təqdirdə 3-cü mərhələdən sonra kütləvi istehsala hazır olacağını söyləyən Varank "Bütün  faliyyətlərimizi insanlığın xeyrinə aparırıq. Əlbətdə ki, vaksinlərdə cari ilin axırınadək uğur əldə edilə bilsə, bu vaksini bütün bəşəriyyətlə paylaşmağa hazırıq" deyə bildirib.

Әlaqәli Xәbәrlәr