Bayraktar Akıncı ilk atış sınağını uğurla tamamladı

Müdafiə Sənayesi Sədrliyinin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən hazırlanan Bayraktar Akıncı İnsansız Hava Vasitəsi (TİHA) ilk atış sınağını uğurla tamamlayıb.

1626942
Bayraktar Akıncı ilk atış sınağını uğurla tamamladı

Müdafiə Sənayesi Sədrliyinin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanan Bayraktar Akıncı İnsansız Hava Vasitəsi (TİHA) ilk atış sınağını uğurla tamamlayıb.

Bu barədə şirkətin texniki direktoru Selçuk Bayraktar verdiyi məlumatda bildirib ki, daha əvvəl bir çox testi müvəffəqiyyətlə tamamlayan Türkiyənin ilk insansız hava hücum vasitəsi “Bayraktar Akıncı” ilk atış testi üçün Türkiyənin milli raket sistemləri istehsalçısı “ROKETSAN” tərəfindən milli imkanlarla hazırlanan “MAM-C”, “MAM-L” və ilk dəfə istifadə olunan “MAM-T” yeni nəsil sursatları ilə işə salınıb. Sursatlı uçuş testi kampaniyasının ilk uçuşu “Akıncı PT-3” ilə aprelin 17-də baş tutub. Aprelin 21-də ikinci uçuş, 22-də isə ilk atışlar həyata keçirilib.



Әlaqәli Xәbәrlәr