Türkiyə Silahlı Qüvvələrinin konteyner bazası NATO təlimləri zamanı rəğbətlə qarşılandı

Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış ballistik mühafizəli komanda və idarəetmə konteyner bazası NATO təlimləri zamanı rəğbətlə qarşılandı.

1624128

Türkiyənin müdafiə sənayesi şirkəti Nurol Teknologiya inkişaf etdirdiyi ballistik mühafizəli məhsullarla təhlükəsizlik qüvvələrinin daha etibarlı şərtlərdə vəzifə icra etməsinə imkan yaradır.

NATO təlimlərinə ev sahibliyi edərək, xarici səlahiyyətlilər tərəfindən yüksək qiymətləndirilən baza yalnız balistik təhdidlərə qarşı qorunma təmin etmir, həm də əsgərlər üçün rabitə və məlumat ötürmə imkanları və  ofis sahəsi istifadəsini təmin edir.

5 min kvadrat metr ərazini əhatə edən, 10 konteynerlə əlaqə saxlayan çadırların hamısı müvafiq avadanlıqla 15 dəqiqədən az müddətdə qurulur.

Kiber təhlükəsizlik üçün inkişaf etdirilmiş, gücləndirilmiş fiber optik infrastruktura malik 3 əlaqə xətti ilə təhlükəsiz əlaqə imkanı yaradılır.

Sərhədlərarası nəqliyyat təmin edə biləcək tutumda olan ballistik qorumalı baza bu xüsusiyyətilə Türk əsgərlərinin olduğu dəyişik coğrafiyalarda da vəzifə icraə edə bilir.

Әlaqәli Xәbәrlәr