ABŞ-ın vertolyotu Marsda ilk uçuşunu reallaşdırıb
Amerika Birləşmiş Ştatları Havaçılıq və Kosmos Agentliyinin (NASA) "İngenuity" adlı kəşfiyyat vertolyotu Marsda ilk uçuşunu müvəffəqiyyətlə reallaşdırıb
Amerika Birləşmiş Ştatları Havaçılıq və Kosmos Agentliyinin (NASA) "İngenuity" adlı kəşfiyyat vertolyotu Marsda ilk uçuşunu müvəffəqiyyətlə reallaşdırıb.
NASA-nın “Perseverance” ilə qırmızı planetə göndərdiyi 1,8 kiloqramlıq mini vertolyotu “İngenuity” Marsın səmasında uçub və səthinı enə bilib. Uçuşun idarəsi Kaliforniyadakı mərkəzdən təmin edilib.
Mini vertolyotun görüntüləri sosial mediadan paylaşılıb.
ABŞ-ın kəşf vasitəsi “Perseverance” 30 iyun 2020-ci ildə ABŞ-ın Floridadakı “Cape Canaveral” kosmos stansiyasından göndərildikdən sonra təxminən 7 aylıq və 470 milyon kilometrlik uçuşdan sonra 20 fevral 2021-ci ildə Mars səthinə enməyi bacarıb.
Әlaqәli Xәbәrlәr

İlk dəfə olaraq Aydan toplanan torpaqda bitki yetişdi
Alimlər ilk dəfə olaraq Aydan toplanan torpaqda bitki yetişdiriblər