Yer üzündə 2,5 milyard “t-rex” dinozavrı yaşayıb

Kaliforniya Universiteti alimlərinin elmi qənaətinə görə...

1622882
Yer üzündə 2,5 milyard “t-rex” dinozavrı yaşayıb

 

  Yer üzündə 2 milyon il boyu 2,5 milyard “t-rex” dinozavrın yaşadığı güman edilir.

  Kaliforniya Universiteti alimlərinin elmi qənaətinə görə, bu dinozavr növü 1,2 - 3,6 milyon il boyu Şimali Amerikada yaşayıb.

  Kaliforniya Universiteti Paleontologiya Muzeyinin müdiri Çarlz Marşal (Charles Marshall) 100 “T-rex” dinozavr qalığının tapıldığını və onlardan 32-inin erkək olduğunu bildirərək deyib: "Dünyada 2,5 milyard deyil, 2,5 milyon dinozavr yaşasaydı, bəlkə də onların varlığından xəbərimiz olmayacaqdı… “T-rex” dinozavrlarının 14-17 yaşında cinsi yetkinliyə çatdıqları və 28 il yaşadıqlarını təxmin edirik”.



Әlaqәli Xәbәrlәr