TEİ-TJ300 dünya rekordu qırdı

Türkiyə mühəndisləri tərəfindən tamamilə yerli və milli imkanlarla hazırlanan Türkiyənin ilk orta mənzilli mərmi mühərriki TEI-TJ300 dünya rekordu qırıb

1622885
TEİ-TJ300 dünya rekordu qırdı

 

  Türkiyə mühəndisləri tərəfindən tamamilə yerli və milli imkanlarla hazırlanan Türkiyənin ilk orta mənzilli mərmi mühərriki TEI-TJ300 dünya rekordu qırıb.

  2017-ci ildə TÜBİTAK, TUSAŞ Mühərrik Sənayesi anonim şirkəti (TEİ AŞ) və "Raketsan”ın əməkdaşlığı ilə inkişaf etdirilən TEİ-TJ300 turbojet mühərriki layihəsində hədəflənən performansdan daha yaxşı nəticələrlə ortaya çıxıb.

  230-250 mm. sinfindəki digər rəqib mühərriklərin ən yaxşısı 250 mm. diametrlə ən çox 1250 N səviyyəsində itki istehsal edərkən TEİ-TJ300 mühərriki 240 mm. diametrlə 1342 N itki qüvvəsinə çataraq bu sinifdə bir dünya rekordu qırıb.

  TEİ-TJ300 turbojet mühərrikinin ilk prototip işlətmə mərasimi Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın iştirakıyla 2020-ci ilin iyun ayında olmuşdu. Bu səfər Varank TEİ-TJ300-ün qırdığı rekordu videosu ilə birlikdə sosial media hesabından paylaşıb.

  Mərmi sistemlərinə uyğunlaşdırıla bilməsi üçün 240 mm. məhdud diametrdə, sinfində bu itki gücünü çıxara bilən dünyanın ilk mühərriki olan TEİ-TJ300 beş min ft irtifada səs sürətinin 90 faizinə çatan yüksək sürətlərdə işləyə bilir.

  TEİ-TJ300 mühərriki hər hansı bir başladıcı sistemə (marş mühərriki) ehtiyac olmadan külək təsiri (windmilling) ilə çalışabilmə xüsusiyyətinə malikdir. Bu xüsusiyyət platformanın həm hava, həm dəniz, həm də quru müdafiə sistemlərinə tətbiq olunmasını mümkün edir.

  TEİ-TJ300 turbojet mühərrikinin inkişaf etdirmə və kalifikasiya testləri tamamlandıqdan sonra ardıcıl istehsalı başlayacaq.



Әlaqәli Xәbәrlәr