"Pfizer" üçüncü doza peyvəndə ehtiyac ola biləcəyini açıqlayıb

"Pfizer" yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndin tətbiq olunduğu insanların ən gec 12 ay ərzində üçüncü doza peyvəndə ehtiyacları ola biləcəyini açıqlayıb.

1622439
"Pfizer" üçüncü doza peyvəndə ehtiyac ola biləcəyini açıqlayıb

Amerikalı əczaçılıq şirkəti "Pfizer" yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndin tətbiq olunduğu insanların ən gec 12 ay ərzində üçüncü doza peyvəndə ehtiyacları ola biləcəyini açıqlayıb.

Şirkətin meneceri Albert Bourla "Mümkün bir ssenariyə görə, 6 ilə 12 ay arasında üçüncü dozaya ehtiyac duyulacaq və insanların hər il yenidən pevəndlənməsi vacib olacaq. Yeni virus növlərinin görünməsi bu qərarın verilməsində əhəmiyyətli rol oynayacaq" deyib.

Bildirilir ki, "Pfizer"in məlumatları 2000-dən çox peyvənd olunmuş insana əsaslanır, lakin 6 aydan sonra qorumanın davam edib-etmədiyini müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac var.

"Pfizer və BioNTech" fevral ayında virusun yeni variantlarına qarşı immunitet reaksiyasını daha yaxşı başa düşmək üçün "Covid-19" peyvəndinin üçüncü dozasını test etdiklərini açıqlamışdı.

"Johnson & Johnson" meneceri Aleks Gorsky də eynilə mövsümi qrip peyvəndləri kimi insanların hər il "Covid-19" peyvəndi qəbul etmələrinə ehtiyac ola biləcəyini ifadə etmişdi.



Әlaqәli Xәbәrlәr