Mutasiyaya məruz qalmış "Covid-19" əleyhinə yerli dərman hazırlanıb

Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatının (TÜBİTAK) dəstəyilə Ankara Universiteti Kök Hüceyrə İnstitutunda mutasiyalı yeni bir növ koronavirusa (Covid-19) əleyhinə yerli dərman hazırlanıb.

1620419

TÜBİTAK "Covid-19" Türkiyə Platforması tərkibində yerli peyvənd və dərman üzərində fəaliyyətləri davam etdirir.

Bu çərçivədə TÜBİTAK-ın dəstəyi ilə Ankara Universitetinin Kök Hüceyrə İnstitutunda 37 tədqiqatçının işlədiyi "Covid-19" xəstələrinin müalicəsində istifadə ediləcək dərman layihəsi həyata keçirildi.

Tədqiqat nəticəsində hazırlanan "Ribavirin" adlı dərmanın laboratoriya tədqiqatları uğurla başa çatıb.

"Covid-19" xəstələrinin müalicəsində istifadə ediləcək dərmanın mutasiya olunmuş virusa qarşı da təsirli olduğu görüldü. 1-2 həftədən sonra klinika mərhələyə girəcək dərmanın ilk mərhələdə Ankara Universitetiİbni-i Sina əsas mərkəz olmaqla Koç Universiteti, Ümraniye Təhsil və Araşdırma Xəstəxanası, Ankara Şəhər Xəstəxanasında 50 könüllü xəstəyə verilməsi planlaşdırılır.

Әlaqәli Xәbәrlәr