Türkiyənin Van gölünün finala çıxdığı NASA-nın təşkil etdiyi yarışmada səsvermə davam edir

Van gölü birincilik üçün Amerika qitəsi üzərində çəkilən "hərəkət halındakı ulduzlar" ilə yarışır.

1619185
Türkiyənin Van gölünün finala çıxdığı NASA-nın təşkil etdiyi yarışmada səsvermə davam edir

ABŞ-ın Havaçılıq və Kosmos Agentliyi – NASA-nın təşkil etdiyi "Dünya turniri" onlayn səsverməsində Türkiyənin Van gölünün kosmosdan çəkilmiş fotoşəkli finala çıxan iki şəkildən biri oldu. 

Onlayn səsvermədə 2016-cı ildə astronavt Keyt (Kate) Rubinsin çəkdiyi Van gölü fotoşəkli "Dinclik" kateqoriyasından birinci çıxaraq yarımfinala yüksəlmişdi.

Van gölü birincilik üçün Amerika qitəsi üzərində çəkilən "hərəkət halındakı ulduzlar" ilə yarışır.

"earthobservatory.nasa.gov/tournament-earth" veb saytındakı səsvermə ABŞ yerli vaxtı ilə 12 aprel saat 12: 00-da başa çatacaq.

Daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, ətraf və şəhərsalma üzrə naziri Murat Kurum müsabiqənin finalına çıxan Van Gölü fotoşəkili üçün dəstək istəyiblər.
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da dünən Van gölünün finala çıxan fotoşəkili üçün sosial media hesabından dəstək çağırışı etdi.



Әlaqәli Xәbәrlәr