“Covid-19”a qarşı peyvəndlər və əks təsirləri

ABŞ Xəstəlik İdarəetmə və Tədbir Mərkəzi tərəfindən hazırlanan və “JAMA” onlayn jurnalında yayılan elmi-araşdırma məqaləsində 14 dekabr 2020 - 28 fevral 2021-ci illər arasında “Covid-19” peyvəndi vurulan insanlarda yaranmış əks təsirlər barədə yazılıb

1618992
“Covid-19”a qarşı peyvəndlər və əks təsirləri

 

  “Covid-19”a qarşı “Moderna” peyvəndi “Pfizer-BioNTech” vaksinindən daha çox əks təsir yaradır.

  Amerika Birləşmiş Ştatları Xəstəlik İdarəetmə və Tədbir Mərkəzi (CDC) tərəfindən hazırlanan və “JAMA” onlayn jurnalında yayılan elmi-araşdırma məqaləsində 14 dekabr 2020 - 28 fevral 2021-ci illər arasında “Covid-19” peyvəndi vurulan insanlarda yaranmış əks təsirlər barədə yazılıb.  

  “Moderna” peyvəndinin birinci dozasını qəbul edənlərin 74, “Pfizer-BioNTech” vaksini olanların isə 65,4 faizində əks təsirlərin göründüyü bildirilib. İkinci dozadan sonra isə “Moderna” peyvəndi vurulanların 82, “Pfizer-BioNTech” vaksini alanların 68,6 faizində əks təsir görünüb.

  Peyvənd qəbul edənlərin əksəriyyəti isə sadəcə qolda ağrı kimi yüngül yan təsir hiss etdiklərini deyiblər. Ümumiyyətlə isə vaksinlərin ikinci dozasından sonra qızdırma və üşümə kimi əks təsirlər daha çox müşahidə edilib.



Әlaqәli Xәbәrlәr