Türkiyənin Aya göndəriləcək kosmik gəmi sınaqları

Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində 2023-cü ildə Aya göndərilməsi planlaşdırılan insansız kosmik gəmidə istifadə ediləcək milli və xüsusi hibrit raket mühərriki ilk imtahanını müvəffəqiyyətlə verdi

1618970
Türkiyənin Aya göndəriləcək kosmik gəmi sınaqları

 

  Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində 2023-cü ildə Aya göndərilməsi planlaşdırılan insansız kosmik gəmidə istifadə ediləcək yerli və xüsusi hibrit raket mühərriki ilk imtahanını müvəffəqiyyətlə verdi.

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Aya göndərilməsi hədəflənən insansız kosmik vasitədə istifadə ediləcək milli və xüsusi hibrit raket mühərrikinin odlama testinin uğurla keçdiyini bildirib.

  Mustafa Varank Prezident Aparatı Müdafiə Sənayesi Departamenti nümayəndələrinin iştirakı ilə aprelin 10-da “Delta V” kosmos texnologiyaları anonim şirkətinin İstanbulun Şile rayonundakı Raket Mühərriki Odlama Bazasına baş çəkib.

  Nazirin təlimatıyla ilk olaraq “Delta V” tərəfindən inkişaf etdirilən və atmosferi keçəcək Hibrit Sonda Raketinin (SORS) itki sistemli şaquli odlama testi icra edilib. İkinci odlama isə Milli Kosmos Proqramının 2023-cü ildə Aya şərti eniş vəzifəsini yerinə yetirəcək hibrit raket mühərriki üçün olunub. Edilən testlər tam müvəffəqiyyətlə nəticələnib. İki mühərrik də planlanan müddət boyu problemsiz şəkildə çalışıb. Qarşıdakı aylarda atma testləriylə uçuş nümayişi gerçəkləşdiriləcək.  

  Qeyd edək ki, Türkiyənin ən böyük raket sistemlərindən olan SORS ən inkişaf etmiş hibrit raket mühərriki və onun maye oksidləyici və qatı yanacaqla çalışması baxımından yenilikçi texnologiya imkanlarına malikdir.



Әlaqәli Xәbәrlәr