Birləşmiş Ərəb Əmirliklərinin ilk ərəb qadın kosmonavtı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk ərəb qadın kosmonavtın seçildiyini elan etdi

1618978
Birləşmiş Ərəb Əmirliklərinin ilk ərəb qadın kosmonavtı

 

  Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk ərəb qadın kosmonavtın seçildiyini elan etdi.

  BƏƏ-nin baş nazir müavini, Dubay əmiri Şeyxi Məhəmməd ibn Rəşid əl-Maktum “twitter” hesabından bildirib: “Astronavt yetişdirmə proqramına Birləşmiş Ərəb Əmirliklərindən 4 min nəfər müraciət etmişdi. Onlardan ikisi seçildi. İlk qadın ərəb kosmonavtı Nora əl-Matruşi və Məhəmməd əl-Mulla Birləşmiş Ərəb Əmirliklərinin astronavt namizədləri oldu. Onlar yaxınlarda Amerika Birləşmiş Ştatlarının NASA Astronavt Proqramında təlim keçməyə başlayacaqlar”.

  Yerli medianın yazdığına görə, Nora əl-Matruşi 27 yaşındadır və   Birləşmiş Ərəb Əmirlikləri Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin məzunudur.

  Qeyd edək ki, 2021-ci ilin fevralında Marsa göndərdiyi "Hope” (Ümid) peykinin orbitə uğurlu yerləşdirməsiylə BƏƏ bunu edə bilən ilk ərəb ölkəsi olub.



Әlaqәli Xәbәrlәr