Van gölünün kosmosdan çəkilmiş fotoşəkli finala çıxdı

ABŞ-ın Havaçılıq və Kosmos Agentliyi – NASA-nın təşkil etdiyi "Dünya turniri" onlayn səsverməsində Türkiyənin Van gölünün kosmosdan çəkilmiş fotoşəkli finala çıxdı.

1616540
Van gölünün kosmosdan çəkilmiş fotoşəkli finala çıxdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Havaçılıq və Kosmos Agentliyi – NASA-nın təşkil etdiyi "Dünya turniri" onlayn səsverməsində Türkiyənin Van gölünün kosmosdan çəkilmiş fotoşəkli finala çıxdı. 

NASA hər il astronavtlar tərəfindən çəkilən fotolardan ibarət müsabiqə təşkil edir. 

"Dünya turniri" onlayn səsverməsində dünyanın ən böyük sodalı gölü olan Türkiyənin Van gölünün kosmosdan çəkilmiş fotoşəkli finala çıxdı. 

Onlayn səsvermədə 2016-cı ildə astronavt Keyt (Kate) Rubinsin çəkdiyi Van gölü fotoşəkli "Dinclik" kateqoriyasından birinci çıxaraq yarımfinala yüksəlmişdi.

Van gölü birincilik üçün 2012-ci ildə Amerika qitəsi üzərində çəkilən "hərəkət halındakı ulduzlar" ilə yarışacaq.

Yarımfinalda səslərin 94 faizini götürən Van gölünün finaldakı rəqibi isə sadəcə səslərin 60 faizini toplaya bilib. 

Aprelin 12-də başa çatacaq son mərhələ sesvərmədə NASA-nın rəsmi internet saytı üzərindən iştirak etmə imkanı olacaq.



Әlaqәli Xәbәrlәr