4 Aprel – Ümumdünya İnternet Günüdür

Bu bayramın dərin, bir qədər mübahisəli tarixçəsi var

1612782
4 Aprel – Ümumdünya İnternet Günüdür

 

  Bu bayramın dərin, bir qədər mübahisəli tarixçəsi var. Belə ki, 4 aprel şagirdlərin, tələbələrin himayəçisi olan və tarixdə ilk “Etymologiae” ensiklopediyasının yaradıcısı Sevilyalı Müqəddəs İsidorun xatirə günüdür.

  Məlumat üçün qeyd edək ki, Vatikan katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şəbəkəsini “insan bilikləri xəzinəsi” adlandırıb.

  Uzun müddət namizədlər arasında seçim edən Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi Sevilyalı Müqəddəs İsidor adlana bilər. Öz qərarını şərh edən II İoann Pavel bildirib ki, insan biliklərinin xəzinəsi internetdir, buna görə də o, bu missiyanı İsidora həvalə edib.

  Qeyd edək ki, internet himayəçisi ilk dəfə olaraq çarpaz istinad sistemindən istifadə edib. Bu sistem qlobal şəbəkədə istifadə edilən hiper istinadları xatırladır.



Әlaqәli Xәbәrlәr