Epidemiya müddətində ölü doğulanların və ana ölümü nisbətlərində artım olub

Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı ölü doğulanların və ana ölümü nisbətlərində dünya miqyasında təxminən üçdə bir artım olub.

1613421

"The Lancet Global Health"də yer alan 17 ölkədən 40 araşdırmaya əsaslanan hesabatda küçəyə çıxma məhdudiyyəti, doğuş xidmətlərində baş verən pozuntular və sağlamlıq mərkəzlərinə getməkdən imtina edilməsinin hamiləliklə əlaqəli riskləri artırdığı vurğulanıb.

Epidemiya dövründə ölü doğulanların və ana ölümü nisbətlərinin təxminən üçdə bir artdığına diqqət çəkilən hesabatda "Covid-19" epidemiyasının hamilə qadınların və yeni ana olmuş qadınların ruh sağlamlığına da mənfi təsir göstərdiyi bildirilib.

Hesbatda epidemiya dövründə doğuşdan sonrakı depressiya, analıqla bağlı təşviş və ya hər ikisinin artdığı ifadə edilib.

Әlaqәli Xәbәrlәr