Robot həkimlərlə cərahiyyə əməliyyatına üstünlük verənlərin seçimi Türkiyə olur

Dünyanın bir çox ölkəsindən xəstələr böyrək köçürülməsində robot həkimlərlə cərahiyyə əməliyyatından istifadə etmək üçün Türkiyəyə gəlir.

1611846

Yeni tip koronavirus (Covid-19) epidemiyasının erkən mərhələlərində ortaya çıxan qorxu orqan transplantasiyasına da təsir etdi. Əməliyyatlarda 50 faiz azalma oldu. Orqan bağışı nisbətləri də azaldı. 

İlk günlərdə əməliyyatlar edilə bilməsə də, iyun ayından bəri bu vəziyyət dəyişdi.
Xüsusilə bu dövrdə robot həkimlərlə cərahiyyə əməliyyatı ilə edilən böyrək nəqli əməliyyatlarının sayı artdı.

Epidemiya zamanı Balkan ölkələri, Orta Şərq, Rusiya və Almaniya kimi ölkələrdən çox sayda xəstənin bu əməliyyat üçün seçimi Türkiyə oldu.

Epidemiya dövründə insanlar daha sürətli sağalmaq üçün qapalı bir üsul olan robot həkimin idar etdiyi əməliyyata üstünlük verirlər.

Türkiyənin seçim edilməsinin səbəbi sağlamlıq xidmətlərində inam, keyfiyyət və qiymət baxımından daha üstün olmasıdır.

Әlaqәli Xәbәrlәr