Rinovirus "Covid-19"u kölgədə qoyur

Şotlandiyanın Qlazko (Glasgow) Universitetinin Virus Araşdırma Mərkəzinin alimləri soyuqdəyməyə səbəb olan rinovirusun “Covid-19”u kölgədə buraxdığını belə bildiriblər...

1607449
Rinovirus "Covid-19"u kölgədə qoyur

 

  Soyuqdəyməyə səbəb olan rinovirus yeni tip koronavirusa (Covid-19) qalib gələrək hüceyrə qapılarını bağlayır.

  Şotlandiyanın Qlazko (Glasgow) Universitetinin Virus Araşdırma Mərkəzinin alimləri soyuqdəyməyə səbəb olan rinovirusun “Covid-19”u kölgədə buraxdığını bildiriblər: “Qısa müddətə olsa da, rinovirus “Covid-19”u itələyir. Ən eqoist viruslardan biri olan qrip insanı tək-tək yaxalayır”.

  Elmi qrup eyni növ hüceyrələrdən ibarət ağız hava yolları astarının bir kopiyasından istifadə edərək onu tanınmış “SarsCoV-2” və rinovirusuna bulaşdırıb. Rinovirus və “Sars-CoV-2” eyni anda ağız hava yolları astarının kopiyasına salınıb. Hüceyrələrə daxil olan rinovirus qapıları koronavirusa bağlayaraq qazanmış sayılıb.

  Mütəxəssislər bildiriblər ki, bundan əvvəl də bənzər hadisələr görünüb. Belə ki, bəlkə də rinovirus qripi Avropanın bəzi bölgələrində 2009-cu ildə yaşanan donuz qripi epidemiyasını gecikdirib.



Әlaqәli Xәbәrlәr