Avropa Dərman Agentliyi "AstraZeneca" peyvəndi ilə əlaqəli qərarını açıqlayıb

Avropa Dərman Agentliyi (EMA) "AstraZeneca" peyvəndinin etibarlı olduğunu və faydalarının risklərini üstələdiyini bildirdi.

1604170
Avropa Dərman Agentliyi "AstraZeneca" peyvəndi ilə əlaqəli qərarını açıqlayıb

Avropa Dərman Agentliyi (EMA) "AstraZeneca" peyvəndinin etibarlı olduğunu və faydalarının risklərini üstələdiyini bildirdi.

EMA Almaniya, Fransa, İtaliya və İspaniya da daxil olmaqla bəzi Avropa ölkələri qan laxtalanması kimi yan təsirlərə səbəb olduğu şübhəsi ilə "AstraZeneca" peyvəndinin istifadəsini müvəqqəti dayandırdıqdan sonra apartığı elmi araşdırmalarının nəticəsini elan edib.

Agentliyin direktoru Emer Kok "Bu peyvənd etibarlı və təsirlidir. İnsanları yeni tip koronavirusdan (Covid-19) qoruyan peyvəndin faydaları mümkün riskləri üstələyir" deyib.

Kok EMA-nın elmi komitəsinin araşdırmasında peyvəndin ümumiyyətlə qan laxtalanma riskini artırdığına dair bir dəlil olmadığını da bildirib.

O, araşdırmalar zamanı az sayda nadir və gözlənilməz dərəcədə ağır laxtalanma hadisəsi ilə qarşılaşdıqlarını və günlərlə davam edən qiymətləndirmədən sonra bu hadisələrlə peyvənd arasında əlaqənin olacağını istisna etmədiklərini, bu mümkün risklərin vaksinlə əlaqəli məlumatlar arasına əlaə olunmasını istədiklərini söyləyib.

Kok ayrıca, bu məhsulla vaksinlənmiş Aİ ölkələrindəki 7 milyon və İngiltərədəki 11 milyon insanı yaxından təqib edərək əlavə tədqiqatlar aparacaqlarını diqqvtə çatdırıb.

Xalqdan peyvəndlərə şübhə ilə yanaşmamalarını istəyən Kok “Mən olsaydım dərhal peyvənd vurulardım" ifadəsindən istifadə edib.

Ümumdünya Səhiyyə Təşkilatı da peyvəndin faydalarının risklərindən daha çox olduğunu bildirərək, "Həyatları xilas etmək üçün istifadəsi davam etməlidir" açıqlamasını vermişdi.



Әlaqәli Xәbәrlәr