“Covid-19” peyvəndindən ölən olubmu?

Ümumdünya Səhiyyə Təşkilatı məlumat verərək bildirib ki...

1601822
“Covid-19” peyvəndindən ölən olubmu?

 

  Ümumdünya Səhiyyə Təşkilatı qlobal miqyasda ayrı-ayrı firmaların inkişaf etdirdiyi 300 milyon dozadan çox “Covid-19” peyvəndi tətbiq olunduğunu və ondan heç bir ölüm hadisəsi qeyd edilmədiyini bildirib.

  Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevre şəhərindəki mərkəzində video-konfrans yoluyla təşkil olunan mətbuat konfransında çıxış edərək deyib: “AstraZeneca” tərəfindən inkişaf etdirilən “Covid-19” peyvəndinin bəzi ölkələrdə istifadəsi dayandırıldıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Peyvənd Təhlükəsizliyi Məsləhət Komitəsi toplanacaq. Komitə Avropa İttifaqının Dərman Agentliyi ilə qarşılıqlı çalışır. Amma bu gün bir çox ölkənin qarşı-qarşıya olduğu ən böyük təhdid “Covid-19” peyvəndlərini ala bilməməsidir."

  “AstraZeneca” peyvəndilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı elmi heyətinin baş mütəxəssis həkimi Sumya Svaminatan (Soumya Swaminathan) bu sözləri söyləyib: "Bu zamana qədər dünya üzrə 300 milyondan çox doza “Covid-19” peyvəndi tətbiq olunub, amma bundan ölüm hadisəsi qeydə alınmayıb. “AstraZeneca” və digər peyvəndləri istifadə edən insanlar narahatlıq keçirməsinlər. “Covid-19” virusunun milyonlarla insanın ölümünə bais olduğunu düşünərək epidemiyanın sona çatdırılması üçün peyvənd etmək şərtdir”.



Әlaqәli Xәbәrlәr