"Boeing" pilotsuz qırıcı təyyarə ilə ilk uçuşunu reallaşdırdı

Amerikanın aviasiya və müdafiə şirkəti "Boeing" hazırladığı "Loyal Wingman" adlı pilotsuz döyüş təyyarəsinin ilk uçuşunu Avstraliyada həyata keçirdiyini elan edib.

1594107

"Boeing" şirkətinin həmin mövzuyla bağlı açıqlamasında "Boeing Australia" və Avstraliya Krallıq Hərbi Hava Qüvvələri tərəfindən hazırlanan pilotsuz 'Loyal Wingman' təyyarəsi ilk uçuşunu uğurla başa vurdu" deyilib.

Açıqlamada təyyarənin Avstraliyadakı "Woomera" uçuş mərkəzində "Boeing" şirkətinin pilotlarından biri tərəfindən uçurulduğu qeyd edilib:

"Quru yol hərəkətini qeydə alan taksi, naviqasiya, idarəetmə və pilotaj sahəsində çoxsaylı sınaqlarından sonra təyyarə uçuş fəallığı və Hava Gücü Ekipaj Sistem diyaznlarına uyğunluğunu təsdiqləmək üçün əvvəldən müəyyən edilmiş marşrutda fərqli sürət və yüksəkliklərdə uçmadan əvvəl öz gücü ilə uğurlu qalxışını tamamladı".

Açıqlamada təyyarənin pilotlu və pilotsuz hava vasitələrilə hazırlıq uçuşu və ekipaj vəzifəsini icra etmətk üzrə  süni zəkadan istifadə edəcəyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr