Adıyamanda 70 milyon yaşı olan ilbiz qalığı tapıldı

Türkiyənin Adıyaman rayonunun Sincik qəsəbəsində təxminən 70 milyon illik yaşı olduğu bildirilən qastropod (ilbiz) qalığı tapılıb

1593344
Adıyamanda 70 milyon yaşı olan ilbiz qalığı tapıldı

 

  Türkiyənin Adıyaman rayonunun Sincik qəsəbəsində təxminən 70 milyon illik yaşı olduğu bildirilən qastropod (ilbiz) qalığı tapılıb.

  Qəsəbəyə bağlı Şahkolu kəndində bir çoban qaya üzərində qabartma rəsim görüb, məlumat verib. Rəsmi araşdıran Adıyaman Muzeyinin rəhbərliyi qabartmanın fotoşəkilini çəkərək İstanbul Texniki Universiteti Geologiya Mühəndisliyi bölümünün professoru Ercan Özcana göndərib.

  Araşdırmalar nəticəsində bu qabartmanın çoxu dənizlərdə, bir qisimi şirin və acı sularda, bir qismi isə quruda yaşayan qastropod - ilbiz nəsilinə aid bir heyvan qalığı olduğu müəyyən edilib.

  Adıyaman Muzeyinin müdiri Mehmet Alkan qalığın təxminən 20 santimetr uzunluğunda, 7 santimetr enində olduğunu bildirərək deyib: "Bu qalığın təxminən 70 milyon illik bir yaşı olduğu təxmin edilir."



Әlaqәli Xәbәrlәr