Dünya GAFAM-dan böyükdür

Türkiyə texnologiya nəhənglərinin ekvivalentlərini yaradacaq

1592201
Dünya GAFAM-dan böyükdür

 

  Türkiyə Prezident Aparatı Rəqəmsal Çevirmə Ofisinin rəhbəri Əli Taha Koç “Google”, “Apple”, “Facebook”, “Amazon” kimi texnologiya nəhənglərinin ekvivalentlərinin Türkiyədə inkişaf etdirilməsini məqsəd qoyduqlarını bildirib.

  “TRT Akademiya” jurnalına müsahibəsində Ə.T.Koç texnologiyanın nəhəng şirkətlərinin sektordakı gücünə qarşı niyə yerli və milli ekvivalentlər yaradılacağı ilə bağlı deyib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya beşdən böyükdür" sözünü xatırlatmaq istəyirəm. Mən rəqəmsal mənada onun bir bənzərini söyləyirəm: “Dünya GAFAM-dan böyükdür”. GAFAM, yəni “Google”, “Apple”, “Facebook”, “Amazon” və “Microsoft”. “Google” bizim bütün axtarış-arama sistemlərimizi bilir. “Apple” həm kompüterimizi, həm telefonumuzu bilir. Biometrik məlumatlarımızdan başqa, barmaq izlərimizi də götürüblər. “Facebook” kimi sevib-sevmədiyimizi, nə yeyib-içdiyimizi belə bilir. “Amazon” necə alver etdiyimizi, hansı filmləri izlədiyimizi, nəyi bəyənib-bəyənmədiyimizi bilir. “Microsoft” istifadə etdiyimiz bütün əməliyyat sistemlərimizin məlumatına sahibdir. Bu şirkətlər bu qədər böyük məlumata malik ikən azadlıq və demokratiyadan bəhs etmək bir az çətindir.  

  Beş firmanın sizin haqqınızda bir çox dövlətin bildiyindən daha çox məlumatı var. Əgər bu firmalar əllərindəki bütün məlumatları bir-birləriylə paylaşsalar, halımız xarab olar. Bu mənada məlumat təhlükəsizliyi bizim sərhədlərimizin təhlükəsizliyi qədər əhəmiyyətli və prioritetdir".



Әlaqәli Xәbәrlәr