Kosmosda bir planetə enişlə bağlı bir ilk

Amerika Kosmos və Havaçılıq İdarəsi (NASA) "Perseverance" adlı kəşfiyyat aparatının Marsa eniş görüntülərini paylaşıb

1588715
Kosmosda bir planetə enişlə bağlı bir ilk

 

  Amerika Kosmos və Havaçılıq İdarəsi (NASA) "Perseverance" adlı kəşfiyyat aparatının Marsa eniş görüntülərini paylaşıb.

  “Perseverance” üçün xüsusi açdığı “twiiter” hesabından NASA Mars planetinin səthinə enişin 3 fərqli kamera görüntüsündən şəkillərini yayıb.  

  Mars atmosferinə daxil olan aparatın sürətini azaltmaq üçün paraşütünün açılması ilə başlayan videoda aşağını göstərən kamera bucağında bir müddət səmada süzən “Perseverance”nin səthə enmə anı da dəqiq görüntülənib.

  Aparatın qırmızı planetə planlandığı kimi enişi NASA mərkəzində böyük sevinc coşqusu ilə qarşılanıb. Bu eniş kosmosda bir planetə enişlə bağlı bir ilk sayılır.

  “Perseverance” 30 iyun 2020-ci ildə Floridadakı platformadan göndərildikdən və təxminən 7 aylıq və 470 milyon kilometrlik uçuşdan sonra 20 fevralda Mars səthinə enməyi bacarıb.

  NASA-nın Kaliforniyadakı “Jet Propulsion” laboratoriyasında qurulan və plutonam yanacağı ilə işləyən “Perseveance” indiyə qədər Marsa göndərilən aparatlar içində ən inkişaf etmişi sayılır.

  Kimyəvi analizoru, 20 kamerası, nümunə yığmaq üçün qayadeşən dreli, robot əli və kiçik vertolyotu olan “Perseverance”nin səthi kəşf etməsi üçün Marsda 2 il qalması planlanır.



Әlaqәli Xәbәrlәr