"Bayraktar TB2" 300 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb

Türkiyənin ilk yerli silahlı pilotsuz uçuş aparatı (SPUA) "Bayraktar TB2" 300 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türk təyyarələri tarixində yeni bir rekor qırdı.

1588220

Türkiyənin milli SPUA sistemlərini istehsal edən Baykar şirkəti verilən açıqlamaya görə, "Bayraktar TB2" əhəmiyyətli bir mərhələni də arxada qoyub.

Türkiyənin hava donanması tarixində ilklərə imza atan "Bayraktar TB2" 300 min uçuş saatını uğurla tamamlayıb və beləliklə yerli və milli imkanlarla dizayn edilmiş və istehsal olunan bu sahədəki bir uçuş aparatı 300 min saat uçaraq səmada ən uzun müddət xidmət göstərən ilk milli uçuş aparatı olub.

"Bayraktar TB2" təhlükəsizlik qüvvələri tərəfindən 2015-cü ildən ölkə daxilində və xaricində terrorla mübarizədə fəal şəkildə xidmət göstərir.

Hazırda Türkiyə, Azərbaycan, Ukrayna və Qətər inventarında olan 160 "Bayraktar TB2" SPUA vəzifəsinin icrasını davam etdirir.

Әlaqәli Xәbәrlәr