Uzaqmənzilli gəmi müdafiə raketi "Atmaca" uğurla sınaqdan keçirilib

Türkiyədə Silahlı Qüvvələrinin arsenalına daxil olan yeni uzaqmənzilli gəmi müdafiə raketi sınaqdan çıxarılıb.

1577593
Uzaqmənzilli gəmi müdafiə raketi "Atmaca" uğurla sınaqdan keçirilib

Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmir fevralın 4-də uğurla sınaqdan keçirilmiş uzaqmənzilli milli gəmi müdafiə raketi "Atmaca"da əməyi olanları təbrik edib.

İsmail Dəmir "Twitter" hesabında Roketsan tərəfindən inkişaf etdirilən uzaqmənzilli gəmi müdafiə raketi "Atmaca"nın Sinopda test edilməsilə əlaqəli Roketsanı etiketləyərək, "İlk milli gəmi müdafiə raketimiz "Atmaca" milli gəmimiz "TCG Kınalıada"dan atışında hədəfi uğurla məhv etdi. Əməyi keçən hər kəsi təbrik edirəm. Qəhrəman ordumuza uğurlar" paylaşımı edib.

Qeyd edək ki, “Atmaca” adlı yeni raket Qara dəniz bölgəsində yerləşən Sinop vilayəti sahillərində uğurla sınaqdan keçirilib.

Hərbi Dəniz Qüvvələri komandanı, admiral Adnan Özbal, Sinop valisi Erol Karaömeroğlu, digər rəsmi şəxslər və hərbi heyət sınaq mərasimində iştirak edib.

Admiral Adnan Özbal milli istehsal olan yeni raketin imkanlarını yüksək dəyərləndirib.



Әlaqәli Xәbәrlәr