Kosmosa ilk mülki uçuş ilin son rübündə reallaşacaq

ABŞ-ın “SpaceX” şirkəti kosmosa ilk mülki uçuş missiyası “Inspiration 4”ün bu ilin son rübündə planlaşdırıldığını açıqlayıb.

1575808
Kosmosa ilk mülki uçuş ilin son rübündə reallaşacaq

Uçuşun Floridadakı Kennedi Kosmik Stansiyasından həyata keçiriləcəyi, iş adamı Jared İsakman və seçiləcək 3 nəfərin kosmosa göndəriləcəyi bildirilib.

Kosmosa gedəcək digər 3 nəfərin adlarının önümüzdəki həftələrdə açıqlanacağı və “Inspiration 4” missiyasına qatılanlara “Space X” tərəfindən astronavt təhsili veriləcəyi ifadə edildi.

“Inspiration 4” missiyasının rəsmi saytındakı məlumata görə sözügedən uçuşdakı 4 oturacaq liderlik, ümid, səxavət və firavanlığı təmsil edir.

İş adamı Jared Isaacman-ın liderlik edəcəyi uçuşdan əldə ediləcək gəlir ilə “St. Jude Uşaq Araşdırma Xəstəxanasına” dəstək veriləcək.



Әlaqәli Xәbәrlәr