Alimlər yeni növ koronavirusun ev heyvanlarına yoluxa biləcəyini bildiriblər

İngiltərə və ABŞ alimləri yeni növ koronavirusun (Covid-19) pişik və it kimi ev heyvanlarına keçə biləcəyini bəyan ediblər.

1571396
Alimlər yeni növ koronavirusun ev heyvanlarına yoluxa biləcəyini bildiriblər

İngiltərə və ABŞ alimləri yeni növ koronavirusun (Covid-19) pişik və it kimi ev heyvanlarına keçə biləcəyini bəyan ediblər.

İngiltərədəki East Anglia Universiteti və ABŞ-dakı Earlham İnstitutu və Minnesota Universiteti alimləri akademik jurnalda dərc olunan məqalədə virusun heyvanlarda dəyişməyə davam etməsi və sonra insanlara yoluxma ehtimalının xalq sağlamlığı üçün əhəmiyyətli risk olduğunu açıqlayıb.

Alimlər açıqlamada “İnfeksiyanın yayılmasının qarşısının alınması üçün bəzi ev heyvanlarının da peyvəndlənməsinə ehtiyac ola bilər. Bu ehtimalı nəzərdən qaçırmaq olmaz” deyə bildiriblər.

Genetika professoru Kok van Oosterhout epidemiyadan qorunmaq üçün bəzi ev heyvanları üçün peyvəndlənmənin gündəmdə olmasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr