2020-ci il ən isti üç ildən biri kimi qeydə alınıb
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) açıqlamasında, 2020-ci ildə dünyanın 2016 və 2019-cu illərdən sonra üçüncü ən isti ili yaşadığı ifadə edilib.
1563970

2020-ci il ən isti üç ildən biri kimi qeydə alınıb.
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) açıqlamasında, 2020-ci ildə dünyanın 2016 və 2019-cu illərdən sonra üçüncü ən isti ili yaşadığı ifadə edilib.
WMO-nun məlumatlarına görə, 2020-ci ildə orta qlobal temperatur sənayedən əvvəlki dövrdən 1,2 dərəcə yüksək olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş WMO-nun məlumatları ilə bağlı verdiyi açıqlamada "Ümümdünya Meteorologiya Təşkilatının 2020-ci ilin ən isti illərdən biri olduğunu təsdiqləməsi, planetimizdəki həyatı və yaşayış qaynaqlarını məhv edən iqlim dəyişikliyinin vəhşicəsinə sürətinin başqa diqqət çəkən göstəricisidir" ifadəsini işlədib.