"Türksat 5A" süni peykindən 35 dəqiqədən sonra ilk siqnal gəldi

Türkiyənin növbəti süni peyki - “Türksat 5A” yanvarın 8-də Türkiyə vaxtı ilə saat 5:15-də ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan orbitə göndərilib.

1559676
"Türksat 5A" süni peykindən 35 dəqiqədən sonra ilk siqnal gəldi
TÜRKSAT 5A 2-2.jpg
TÜRKSAT 5A 3.jpg

Türkiyənin növbəti süni peyki - “Türksat 5A” yanvarın 8-də Türkiyə vaxtı ilə saat 5:15-də ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan orbitə göndərilib.
Türkiyənin 5-ci nəsil süni peyki "Türksat 5A" “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə yola salınıb.
Türkiyə vaxtı ilə saat 4:28-ə planlaşdırılan peykin fırladılması hava şəraiti səbəbiylə təqribən bir saat təxirə salınaraq Türkiyə vaxtı ilə saat 05:15  reallaşıb.

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu paytaxt Ankaradakı Gölbaşı kampusunda təşkil edilən yığıncaqdapeykin orbit istiqamətində hərəkət etməyə başladığını bildirərək, ""Türksat 5A" peykimizdən 35 dəqiqədən sonra ilk siqnal gəldi. Peykimiz səyahətinə davam edir. Bu səyahət 4 ay çəkəcək. Sonra testlərimizi edəcəyik və peyk aktivləşdiriləcək" deyib.

"5A" peykindən sonra "5B" və "6A" peyklərinin  fırladılacağını ifadə edərək, "Hazırda istehsal işləri tamamlanan və sınaqdan keçirilən "Türksat 5B" peykimizi isə iyun ayında buraxmağı planlaşdırırıq" deyə nazir vurğulayıb.

Karaismailoğlu yerli və milli "Türksat 6A" üzərində işlərin də davam etdiyini və "Türksat 6A" peykinin də 2022-ci ilin ilk aylarında istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Karaismailoğlu bu inkişafların davamında insanları kosmosa göndərmə səylərinin gələcəyinə işarə edərək, yeni nəslin bu mövzularla çox maraqlandığını və bunların yaxın illərdə görüləcəyini söyləyib.

Qeyd edək ki, "Türksat 5A" süni peyki manevr ömrü ilə orbitdəki tezlik və orbit hüquqlarını 30 il müddətincəz orbitdəki tezlik və orbit man orbitdəki tezlik və orbit t altına alacaq.

"Türksat 5A" 31 dərəcə şərq orbitində Türkiyə,, Avropa, Orta Şərq, Şimali Afrika, Orta Qərbi Afrika, Cənubi Afrika, Aralıq dənizi, Egey dənizi və Qara dənizi əhatə edən bir coğrafiyada televiziya yayımı və məlumat rabitə xidmətləri göstərəcəkdir.

Tamamilə elektrikli itələmə sisteminə sahib olan "Türksat 5A"-nın 31 dərəcə şərq orbitindəki mövqeyinə çatmaq üçün kosmosda reallaşdıracağı səhayətin təxminən 4 ay davam etməsi və ilin ikinci rübündə xidmət göstərməyə başlaması hədəflənib.



Әlaqәli Xәbәrlәr