Uğur Şahin: "Türkiyəyə bu ilin sonuna qədər 550 min dozada peyvənd göndəriləcək"

Uğur Şahin Türkiyəyə bu ilin sonuna qədər 550 min dozada peyvənd göndəriləcəyini bildirib.

1552553
Uğur Şahin: "Türkiyəyə bu ilin sonuna qədər 550 min dozada peyvənd göndəriləcək"

Almaniya vətəndaşı olan türk əsilli həkim, akademik, immunoloq, onkoloq Uğur Şahinin də iştirakı ilə "Covid-19"a qarşı hazırlanan peyvəndin Türkiyəyə ixrac ediləcəyilə bağlı xəbərdən alim məmnun olduğunu bildirib.

Türkiyəyə bu ilin sonuna qədər 550 min dozada peyvənd göndəriləcəyini vurğulayan  “BioNTech” şirkətinin qurucusu Şahin deyib:

"Türkiyədə bu peyvənd vurulan insanların peyvəndə qarşı reaksiyasının və bu vaksinlərin düzgün saxlanılma şəraiti nəzarətdə saxlanılacaq. Nəticəyə uyğun hərəkət ediləcək. Çatdırılmada bəlkə bir neçə gün gecikmə ola bilər. Mart ayının sonuna qədər 4,5 milyon peyvənd dozası Türkiyəyə göndərməyi planlaşdırdıq”.

Uğur Şahin Səhiyyə Nazirliyinin tələbatı daxilində 30 milyon doza və daha artıq vaksinin Türkiyəyə göndərilməsinin mümkün olduğunu da qeyd edib.

Şahin bu peyvəndlərin indiyədək 1,5 milyon insana vurulduğunu, uğurlu nəticələr əldə olunuduğunu, lakin yan təsir müşahidə edilən insanlarda müvəqqəti baş ağrısı, qol ağrısı, bir az yorğunluq və hərarət yüksəlməsi hallarına rast gəlindiyini, bu halların bir-iki gün içində keçib getdiyini bildirib.

Şahin “BioNTech” şirkətinin Türkiyədə ofisini açmaq və tibb sahəsində türkiyəli alimlərlə birgə tədqiqatlar aparmaq niyyətinin olduğunu da deyib: “Türkiyədə bir neçə universitetdə professorlarla əməkdaşlığa başladıq. Doğma vətənimdə xərçəng xəstəliklərinə qarşı da kliniki tədqiqatlar aparmağı düşünürük. İlk vaxtlar bir-iki layihəmiz uğurlu olarsa, biz bu tibb layihələrini Türkiyədə artıracağıq”.

Gələcək ilin yay aylarınadək fəal şəkildə işləməyə davam edəcəklərini dilə gətirən Şahin "Kifayət qədər peyvənd dozasını insanlara çatdırmaq barədə məsuliyyətimiz var. Biz yaya qədər rahat olmayacağıq. Yayda dünya nəfə almağa başlayacağı təqdirdə biz də rahat nəfəs alacağıq. O vaxtadək fəaliyyətlərimizi davam etdirəcəyik" deyib.



Әlaqәli Xәbәrlәr