"Covid-19" əleyhinə hazırlanan peyvəndin ilk tədarükü Kanadaya çatıb
"Pfizer-BioNTech" tərəfindən yeni növ Coronavirus (Covid-19) əleyhinə hazırlanan peyvəndin ilk tədarükü Kanadaya çatıb.
"Pfizer-BioNTech" tərəfindən yeni növ Coronavirus (Covid-19) əleyhinə hazırlanan peyvəndin ilk tədarükü Kanadaya çatıb.
Kanadanın Baş naziri Castin Tryudo sosial media hesabından 30 min doza peyvənd göndərilməsinin ilk tədarükünün Kanadaya çatdığını açıqlayıb.
Baş nazir Tryudo Monrealdakı Mirabel Beynəlxalq Hava Limanına enən təyyarənin yükünün boşaldılması ilə bağlı bir fotoşəkil də paylaşdığı açıqlamasında "Bu yaxşı xəbərdir. Ancaq "Covid-19" ilə mübarizəmiz bitməyib. Gəlin hər zamankindən daha ayıq olmağa davam edək" deyib.
"Pfizer-BioNTech" peyvəndləri ölkə miqyasında 10 əyalətdə qurulmuş ümumilikdə 14 paylama mərkəzinə göndəriləcək.
Peyvəndin bu gündən (14 dekabr) etibarən Kanadaya göndərilməsinə davam ediləcəyi, ilk tətbiqin isə Quebec əyalətində başlayacağı gözlənilir.
Səlahiyyətlilər 60 yaş və yuxarı yaş qrupunun peyvənd üçün prioritet olacağını açıqlayıblar, bu səbəbdən Quebec əyalətindəki iki yaşlı qocalar evi sakinlərinə bu gün erkən saatlardan peyvənd vurulacağını açıqlayıblar.
Kanada gələn il mart ayının sonuna qədər "Pfizer-BioNTech" tərəfindən hazırlanan 4 milyondan çox "Covid-19" əleyhinə peyvəndi alacaq.
Әlaqәli Xәbәrlәr
Piylənmə riskini 6 dəfə artıran 2 yeni variant tapıldı
Tədqiqatın müəlliflərindən olan professor Cayls Yeo (Giles Yeo) “Time” müsahibəsində deyib ...